Главная > Mövqe > Tramp Ərdoğan barədə “o, gözəl bir adamdır” deyib

Tramp Ərdoğan barədə “o, gözəl bir adamdır” deyib


16-05-2017, 18:08.

Tərəflərin görüşünə saatlar qaldı

ABŞ prezidenti Donald Trampla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı görüşə saatlar qalıb.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ lideri Tramp türkiyəli həmkarı haqqında "o, gözəl bir adamdır” deyib.

Ağ Saraydakı görüşdən sonrakı mətbuat konfransı onlarla xəbər telekanalı tərəfindən canlı yayımlanacaq. Dünya miqyasındakı bəzi xəbər kanalları da açıqlamaları canlı ekrana daşıyacaq. Görüşə böyük maraq göstərən amerikan mediası Ərdoğanın Vaşinqtona çətin bir tələb siyahısı ilə gəldiyini yazır.

Türkiyə vaxtı ilə 19.40-da (Bakı vaxtı ilə 20.40-da) görüşəcək liderlər terror təşkiları olan PKK-nın Suriya qolu olan YPG-yə ağır silahlar verilməsi, eləcə də FETO-nun başçısı Fətullah Gülənin Türkiyəyə qaytarılması kimi kritik mövzuları müzakirəyə çıxaracaqlar.

Trumpın Ərdoğana necə baxdığını göstərən bir xəbər bu gün Reuters tərəfindən dünyaya servis edilib. Keçən ay Almaniya lideri Angela Merkellə telefonla danışan ABŞ lideri Ərdoğanla bağlkı "harika bir adamdır” sözlərini işlədib. Merkelin bu sözlərə görə xəyal qırıqlığı yaşadığını yazan Reuters eyni zamanda xəbərin etibarlı qaynaqlara istinad etdiyini də vurğulayıb.

Amerikan mediası isə Ağ Saraydakı bu görüşə böyük maraq göstərir. Əsas yazısını sözügedən görüşə həsr edən Vaşinqton Post qəzeti Ərdoğanın Vashingtona çətin bir tələb siyahısı ilə gəldiyini də iddia edib. Bunların sırasında YPG-yə silan qərarının ləğvi var. "Vashington Post”a görə, Ərdoğan Trampdan FETÖ başçısının verilməsini tələb edəcək.
NBC telekanalı isə Trampın daha öncə Türkiyəö haqqında sərf etdiyi sözləri xatırladaraq, iki ölkə arasındakı mövcud problemləri sıralayıb və görüşün heç də asan keçməyəcəyini yazıb. CBS-dəki bir təhlil yazısının başlığı isə "Niyə Tramp Ərdoğanla görüşdən əli boş ayrılacaq” oldu.

Bloomberg isə iki liderin görüşündə Suriya haqqında bir qərar çıxa biləcəyini iddia edib.

Trampın YPG'yə ağır silahlar verilməsinə imza atması terror təşkilatı məsələsində ilk gendən fərqli mövqelədə olan tərəflər arasındakı qalmaqalı daha da dərinləşdirib. Prezident Ərdoğan keçən həftə verdiyi açıqlamada YPG-yə silah verilməsini tənqid edib və baş tutacaq görüş barədə "bizim həyata keçirəcəyimiz görüş vergül yox, nöqtə məsafəsində olacaq” demişdi.

Sevinc, musavat.com

 


Вернуться назад