Главная > GÜNDƏM > Müsavatçı gənclər konfrans keçirdi-FOTOLAR

Müsavatçı gənclər konfrans keçirdi-FOTOLAR


15-05-2017, 09:27.

Mayın 14-də Müsavatçı Gənclər Təşkilatının növbəti konfransı keçirilib.

MGT üzvü Cavidan Cəfərlinin"Basta” ya verdiyi məlumata görə, partiyanın mərkəzi qərargahında keçirilən iclasda təşkilati məsələlər, ölkədəki isctimai-siyasi vəziyyət və müsavatçı gənclərin qarşısında duran vəzifələr müzakirə edilib.

Məlumatda bildirilir ki, iclasdagizli səsvermə yolu ilə Əbülfəz Sadıqbəyli təşkilatın sədri seçilib.

Elvina Əsgərova, Elşad Həsənzadə və Fərid Əlitəşkilatın Nəzarət Təftiş Komissiyasına üzv seçiliblər.

Sərbəst Şura üzvlüyünə seçkilərdə isə Nigar Həzi, Alya Yaqublu, Qadir Nağıyev, Orxan Hacılı, Tural Hacıbəyli, Saleh Əliyev və Vətən Hüseynli etimad qazanıblar.

Toplantıda Müsavat başqanı Arif Hacılı iştirak və çıxış edib. Arif Hacılının çıxışı sosial şəbəkələrdə canlı olaraq yayımlanıb:


Mustafa Hacıbəyli, bastainfo.com

Вернуться назад