Главная > Baş Xəbər > İraqdan Türkiyəyə dəstək - PKK-ya xəbərdarlıq

İraqdan Türkiyəyə dəstək - PKK-ya xəbərdarlıq


10-05-2017, 13:49.

Biz Kərkükdə Abdulla Öcalanın fotolarının, PKK-nın bayraqlarının asılmasını qəbul etmirik. Bu cür hərəkətlər qarşıdurmaya yol açacaq. Biz PKK ilə müharibə etmək istəmirik. Eyni zamanda PKK-nın qonşu ölkə Türkiyəyə hücum etməsinə də imkan vermərik. Bunu İraq Konstitusiyası da rədd edir.

Bu fikirləri İraqın Baş naziri Heydər Abadi deyib.

Baş nazir əlavə edib ki, Mosul şəhərini İŞİD-in əlindən almaq üçün yeni plan hazırlanır:

"Bu planla daha az itkilərlə Mosulun azad edilməsi hədəflənir”.

Heydər Abadi qeyd edib ki, İŞİD-in Suriya və İraq arasında hərəkət etməsinin qarşısını almaq üçün İraq hərbi qüvvələri iki ölkə arasında olan sərhədlərə yaxınlaşır.

O, həmçinin bildirib ki, Mosul və Kərkükün tam olaraq İŞİD-dən azad edilməsi üçün əməliyyatlara İraq ordusu, polis, peşmərgə, şiə milisi və Haşdi Şabi qüvvələri iştirak edəcək.

Cavad, teleqraf.com

 


Вернуться назад