Главная > Aktual > İslamı aşağılayan xristian mer cəzalandı – 2 il həbs
İslamı aşağılayan xristian mer cəzalandı – 2 il həbs9-05-2017, 17:19. |
İndoneziyanın Cakarta şəhərinin meri Basuki Tjahaja islam dinini təhqir etdiyi üçün mühakimə edilib. İndoneziyada daha çox Ahok ləqəbi ilə tanınan Cakarta merinin məhkəmə prosesi 5 aya yaxın davam edib. Nəhayət, bu günlərdə məhkəmə prosesi başa çatıb və hakim Basuki Tjahajaya 2 il müddətinə həbs cəzası verib. Hazırda Cakarta meri bu hökmdən şikayət verməyə hazırlaşır. Qeyd edək ki, Cakartanın ilk xristian meri olan Basuki Tjahaja 2014-cü ildə vəzifəyə gəlib və 2016-cı ilin sentyabrında Maidə sürəsinin 51-ci ayəsi ilə bağlı verdiyi şərhdə islamı təhqir edib. O bildirib ki, bəzi qruplar Qurani-Kərimin ayələrinə istinad edərək, xalqdan ona səs verməmələrini istəyib: "Bu yanaşma insanların axmaq yerinə qoyulması deməkdir”.//teleqrafcom
Вернуться назад |