Главная > İdman > Qurban Qurbanov dünya nəhənglərini qabaqladı - Reytinq

Qurban Qurbanov dünya nəhənglərini qabaqladı - Reytinq


8-05-2017, 18:45.

Dünyanın ən yaxşı futbol məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

Qol.az-ın məlumatına görə, "World Coach Ranking" saytının təqdim etdiyi siyahıda Azərbaycandan da iki məşqçi - "Qəbələ” və "Qarabağ”ın baş məşqçiləri Roman Qriqorçuk və Qurban Qurbanovun da adı yer alıb.

Ötən cədvəldə 442-cü pillədə olan Qurban Qurbanov 8 pillə geriləyib. Bununla belə, aktivində 1361 xalı olan Qurbanov Lui van Qal, Manuel Pelleqrini və Rafael Benites kimi məşqçiləri qabaqlayıb.

Qriqorçuk isə 3 pillə irəliləyib. Ukraynalı mütəxəssis aktivindəki 852 xalla 655-cidir.

Qeyd edək ki, sözügedən siyahının 1-ci pilləsində "Real”ın (İspaniya) baş məşqçisi Zinəddin Zidan yer alır. Luis Enrike ("Barselona”, İspaniya) 2-ci, Dieqo Simeone ("Atletiko”, İspaniya) isə 3-cüdür.

 


Вернуться назад