Главная > Video xəbər > 4 yaşından at çapan Gülayın İNANILMAZ BACARIĞI - VİDEO

4 yaşından at çapan Gülayın İNANILMAZ BACARIĞI - VİDEO


8-05-2017, 16:37.

8 yaşlı qızcığazın qeyri-adi istedadı

Azərbaycanda bir neçə min illik yaşı olan atçılıq, mədəniyyətimizin və tariximizin bir hissəsidir. Son illər dövlətimiz tərəfindən Azərbaycan atlarının şan-şöhrətini özünə qaytarmaq, bu sahənin inkişafını təmin etmək üçün ciddi işlər görülməkdədir. Bu da insanlarda atlara böyük maraq yaradır.

ARB 24 xəbər verir ki, elə Sumqayıt sakini Gülay Fərzəliyeva kimi. 8 yaşlı qızcığaz at çapmağı ilə hər kəsi heyran qoyub.

Vüsal Fərzəliyev – Gülayın atası: "Gülay 4 yaşından at çapır. Harada görsənib ki, 4 yaşlı qız yəhərsiz at çapa”.

Yəhərsiz atın üzərində sürətlə hərəkət edən Gülay hətta əllərini buraxmağa da cəsarət tapır. Deyir ki, atı belə məharətlə çapmaq ailədən gələn bir istedaddır.

Gülay Fərzəliyev – Sakin: "4 yaşımdan at çapıram, indi 8 yaşım var. Bizim qadın qəhrəmanlarımız da atın belində olublar. Mən də istəyirəm onlar kimi olam”.

Balaca qızcığazın məharəti bir yana onun atası il birgə etdiyi hərəkətlər isə daha böyük marağ doğurur. Gülay at çapmağı nə qədər çox sevsə də heç də bütün vaxtını buna sərf etmir. O, həm də dərslərində yaxşı nəticələr göstərir.

 





Вернуться назад