Главная > Region > Lənkəran rayon orta məktəbində özbaşınalıq-(Fotolar)

Lənkəran rayon orta məktəbində özbaşınalıq-(Fotolar)


8-01-2016, 00:23.

Lənkəran rayon Asəf Əmrahov adına Üzümçülük qəsəbəsi tam orta məktəbindən "Nia.az" saytının elektron poçt ünvanına şikayət məktubu daxil olub.

Uluyol.info xəbər portalı təhsildə neqativ halların yığışdırılmasında maraqlıdır və şikayəti olduğu kimi təqdim edirik:

«Salam! Mən bu məktubu Lənkəran rayonundan yazıram. Orta məktəbdə müəllim işləyirəm.
Son illər ümumtəhsil məktəblərində təhsilimizin inkişafını əngəlləyən ciddi problemlərin olması cəmiyyətimizi narahat edən sahələrdən biridir.Mən Lənkəran rayon Asəf Əmrahov adına Üzümçülük qəsəbəsi tam orta məktəbində  müəllim vəzifəsində çalışıram.

Məktəbin direktoru Sevil Qafarova məktəbin nə təlim tərbiyə işinə,nədə təhsil işinə yaxşı baxmır.Saatlarla şagirdlər çöldə olur dərslər boş keçir, müəllimlərin çoxu dərs keçmir .Oturub müəllimlər otağında söhbət edirlər.Məktəbdə çox özbaşnalıq hökm sürür. Şagirdlər fənlərin çoxunu bu problemlər üzündən yaxşı mənimsəyə bilmirlər.

Məktəbin şəraiti də çox acinacaqlıdır,başımıza damdan su damır yağış yağır.Otaqlar nəmişlikdən qapqara qaralıb.

Sinifdə odun peçləri birinci, ikinci saatlar yan;r ondan sonrakı saatlarda isə sinifdə odun qalanmır və soyuq sinifdə müəllimlər və şagirdlər dərslərini keçir.Bir sözlə direktoru təhsildən çox pul maraqlandırır.M əktəbdə baş alıb gedən özbaşınalıqlar,  rüşvətxorluq və korrupsiya halları kulminasiya həddindədir.Yen i dərs ili başlayandan məktəblərimiz ticarət obyektlərini xatırladır”.Hər  müəllimdən aylıq 5-10 manat pul yığılır.Şikayət imizi, dərdimizi yazmaqdan başqa çarəmiz qalmayıb.Azərba ycanda təhsilin qədim və zəngin tarixi var. Təhsilimizi göz bəbəyi kimi qorumaq və onun keşiyində fəxrlə dayanmaq hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Çünki təhsil millətin gələcəyidir".

Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.


12483387_450733935126135_163397600_n

 

12498969_450734085126120_1549909002_n11418649_450733988459463_42180824_n12483899_450734015126127_21532354_n12506860_450734038459458_1625486485_n12498602_450734065126122_1857257530_n

ULUYOL.İNFO
Вернуться назад