Главная > Kriminal > Gədəbəy sakinini avtomobil vurub

Gədəbəy sakinini avtomobil vurub


9-05-2017, 01:12.

Gədəbəydə piyadanı avtomobil vurub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qoşabulaq kəndində qeydə alınıb.

Heyvanlarını dağa aparan kənd sakini, 1962-ci il təvəllüdlü Mərdan Rəcəbovu avtomobil vurub. O sağ bud sümüyünün sınığı xəsarəti ilə Şəmkir rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.


Вернуться назад