Главная > Ümumi > İran polisi "Messi"ni şöbəyə apardı - Foto

İran polisi "Messi"ni şöbəyə apardı - Foto


9-05-2017, 00:37.

İranda "Barselona”nın dünyaca məşhur futbolçusu Lionel Messinin oxşarı Rza Parasteşi polis tərəfindən saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Həmədan şəhərində Messinin bənzəri ilə fotolar çəkdirən insanlar həddən artıq çox olduğundan polis bu işə müdaxilə edib və Parasteşi şöbəyə aparılıb.

Hüquq-mühafizə orqanları bu olayı ictimai asayişin pozulması kimi qiymətləndiriblər.

Qeyd edək ki, bir müddət əvvəl "Barselona” forması ilə fotosu sosial şəbəkələrdə yayıldıqdan sonra 25 yaşlı Parasteşi məşhurlaşmışdı.

 


Вернуться назад