Главная > Maraqlı > Bu divar çeynənmiş saqqızlardan düzəlib – FOTOLAR

Bu divar çeynənmiş saqqızlardan düzəlib – FOTOLAR


5-05-2017, 14:24.

Amerikada uzaqdan baxanda rəngarəng görünən əslində çeynənmiş saqqızlardan düzəldilmiş bir divar var.

 Bütün dünyada qəhvə evləriylə tanınan Sietl şəhərindəki bu divarın hekayəsini öyrənmək üçün 90-ların əvvəlinə qədər getmək lazımdır.

 Sietlın Post Alley küçəsində teatra bilet almaq üçün növbədə gözləyən insanlar çeynədikləri saqqızları divara yapışdıraraq istər-istəməz belə bir ənənə yaradıblar.

 Bir müddət sonra o küçədən keçən hər kəs divara saqqız yapışdırmağa başlayıb. Nəticədə belə bir mənzərə yaranıb.

 Sietla yolu düşən hər kəsin ən azı bir dəfə bu divarı görməyə getməsi və qarşısında şəkil çəkdirməsi də ənənə halını alıb. 

Bələdiyyə dəfələrlə divarları saqqızdan təmizləyə cəhd etsə də 1998-ci ildən başlayaraq bura ikonik küçəyə çevrilib.

Tarixi bir məkan qədər turistlərin marağına səbəb olan divar bəzilərinə görə "gördükləri ən rəngli və gözəl şey”dir, bəzilərinə görə isə itələyicidir.

Bir çox insan "burada saqqızlardan incəsənət əsəri yaradılır, divara saqqızlardan maraqlı rəsmlər çəkilir” desə də səlahiyyətli şəxslər buxar cihazları ilə divarları təmizləməyə çalışıblar.

Ancaq divarın təmizlənməsi etirazlara səbəb olub, minlərlə insan qısa müddətdə divarı əvvəlki vəziyyətinə qaytarıblar.

Bu ikonik divarlar Sietla səfər edən hər bir turistin görmək istədiyi ilkyer kimi hələ də siyahılarda adını qoruyur.


Вернуться назад