Главная > Hadisə > Bakıda fəhlə 11-ci mərtəbədən yıxılaraq ölüb

Bakıda fəhlə 11-ci mərtəbədən yıxılaraq ölüb


6-05-2017, 01:25.

Abşeron rayonunun Xırdalan şəhərində fəhlə hündürmərtəbəli binadan yıxılaraq ölüb.

"Report" xəbər verir ki, bədbəxt hadisə "AAAF Park" yaşayış kompleksi ərazisində qeydə alınıb.

Həmin yerdə tikilməkdə olan binada fəhlə işləyən 1991-ci il təvəllüdlü, Süleymanlı Babək Qorxmaz oğlu 11-ci mərtəbədən yerə yıxılıb.

Faktla əlaqədar Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.

 


Вернуться назад