Главная > Sosial > "Nardaran işi 2" məhkəmə prosesinə jurnalistlər buraxılmadı
"Nardaran işi 2" məhkəmə prosesinə jurnalistlər buraxılmadı5-05-2017, 19:57. |
"Nardaran işi -2" məhkəmə prosesi bu gün davam edib. Məhkəmə
prosesi başlamazdan əvvəl jurnalistlərin məhkəmə prosesinə buraxılmaması barəsində
məhkəmə işçiləri məlumat veriblər. İki nəfər jurnalistdən başqa heç bir
jurnalistləri məhkəmə prosesinə buraxmadılar. Məhkəmə nəzarətçiləri Nardaran
işində həbs olunanların yaxınlarına bildirib ki, Press-az.com saytının
redaktoru Polad Aslanovu və digər jurnalistlərin buraxılmaması barəsində
yuxarıdan tapşırıldığını bildiriblər. Polad Aslanov Press-az.com-a bildirib ki, jurnalistlərin məhkəməyə
buraxılmaması , məhkəmənin işə obyektiv baxılmasını sual altına alır. Nəticədə
jurnalistlər məhkəmə prosesində baş verənləri yazır, artıq nə isə yazmır. Demək
bunlar məhkəmə gedişinin yayımlanmasına mane olur. Polad Aslanov bildirib ki,məsələnin
aktuallığını nəzərə alaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri və
işçiləri adiyyatı üzə dövlət qurumlarının jurnalist peşəsinə mane olduğuna görə
hüququ müdafiəçiləri və müstəqil media nümayəndələri bu məsələyə biganə
qalmasın. Bundan əlavə olaraq bildirib ki, adiyyatı üzrə dövlət qurumlarına da
bu gün ki, olayla bağlı sorğu və müraciət göndərəcəyik.
Вернуться назад |