Главная > Dünya > Ər - Riyaddan Ankaraya 240 milyard dollarlıq jest...

Ər - Riyaddan Ankaraya 240 milyard dollarlıq jest...


7-01-2016, 16:43.
 
Səudiyyə Ərəbistanının Əmlak Nazirliyinin Türkiyəyə etdiyi "2 milyon mənzil üçün” təklifinin detalları ortaya çıxıb. 300 milyon kvadrat metrlik tikinti təklifi bütün iqtisadi proqnozları alt-üst edib.

Bu, Rusiyada sanksiyalarla üzləşən türklər üçün 240 milyard dollarlıq bazar deməkdir.

Səudiyyə Ərəbistanı Əmlak Nazirliyi ölkənin mənzil ehtiyacı üçün kompasını Türkiyəyə tərəf çevirib. Təxminən, 1,5-2 milyon ictimai mənzil hədəfiləyən nazirlik rəsmiləri 2 ay əvvəl Türkiyəyə əməkdaşlıq təklif etmişdilər.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 29 dekabrda Səudiyyə Ərəbistanına etdiyi rəsmi səfər zamanı Yüksək Səviyyəli Şurada layihə hazırlanıb.

Səudiyyə-İran münasibətlərinin gərginləşdiyi, həmçinin Türk tikinti şirkətlərinin Rusiyadan sıxışdırılıb çıxarıldığı indiki anda Türkiyənin tikinti şirkətləri üçün təklif edilən 240 milyard dollarlıq planın açıqlanması regionda əməlli-başlı zəlzələ effekti yaradıb. (turkustan.info
 
ULUYOL.İNFO

Вернуться назад