Главная > Siyasət > Ermənistanda 35 nəfər mandatdan imtina edib

Ermənistanda 35 nəfər mandatdan imtina edib


3-05-2017, 23:12.

Ermənistanın Mərkəzi Seçki Komissiyası deputat mandatından imtina edən şəxslərin adlarını açıqlayıb.

Aprelin 2-də keçirilmiş parlament seçkisində hakim Respublika Partiyası 105 nəfərlik Milli Məclisə 58 mandat qazanaraq hökumət qurmaq hüququ əldə edib. Hökumətdə Respublika Partiyasının ortağı olan Daşnaksütun Partiyası 7 mandat götürüb. Sarukyan bloku 31, "Çıxış” bloku 9 mandat əldə edib.

 Mərkəzi Seçki Komissiyası Respublika Partiyasından müdafiə naziri Vigen Sərkisyan başda olmaqla 9 nəfərin mandatdan imtina ərizəsi yazdığını açıqlayıb. Sarukyan blokundan 23, Daşnaksütun Partiyasından 3 nəfər mandat almaq istəməyib.

Mandatdan imtina edənlərin bəziləri başqa dövlət orqanlarında çalışır. Konstitusiya belə şəxslərin parlamentdə təmsil olunmasını yasaqlayır.

Deputat olmaq istəməyən şəxslərin yerini partiya və blokların namizəd siyahılarındakı başqa şəxslər tutacaq.

Yeni parlamentin ilk iclasının mayın 18-də keçirilməsi gözlənir.

 

(novator.az)
Вернуться назад