Главная > Cəmiyyət > Məleykə Abbaszadə ana dilimizi bilmir?

Məleykə Abbaszadə ana dilimizi bilmir?


3-05-2017, 15:12.

Bu günlərdə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin radioda müsahibəsinə qulaq asmalı oldum. Xanım danışdıqca məni təəccüb bürüdü".

Uluyol.info Xural.com saytına istinadən xəbər verir ki, bu barədə tanınmış jurnalist Əvəz Zeynallı məlumat verib: "Onun danışığı sanki bizim doğma dilimizdə deyildi. O qədər ki, avtomobili dayandırıb Məleykə xanımın qeyri-adi sözlərini dəftərçəmə qeyd etməli oldum. Siz Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri vəzifəsini daşıyan Məleykə Abbaszadənin nitqindəki sözlərə diqqət edin: "sualıydır”, "keçirilirdir”, "tüşmürsə”, "imtahanıydır”, "hələm”, "azıydır”, "işdiyir”, "doqquzuydursa”, "sübutu oduydur”, "50 faiziydir”, "3 nəfəriydir”, "varıydır”, "uşaqların talehi”, "şagirdin imtahanda iştirak olmaması”, "necəydir”, "təsdiqləyə bilərdir”, "tətiliydir”, "Novruz bayramıydır”, "vaxtımız yoxuydur”, "1-ci iliydir”, "cədvəl çox sıxıydır” və s… Nəzərə alın ki, bu qədər sözü müsahibənin son 10-15 dəqiqəsində müşahidə etdim. Azərbaycan dilini bilməyən bir adam necə bu ölkənin minlərlə şagirdindən Azərbaycan dilindən imtahan götürə bilər? Bu xanımın 10-15 dəqiqəlik danışığı "2” qiymətə layiqdirsə, bu ölkənin pırıl-pırıl balalarından nə sorğu-sual edə bilər ki?! Məmurlarımız da bu gündədir. Şagirdlər Məleykə xanımın danışdığı kimi yazsalar, nə olacaq?..



Вернуться назад