Главная > Ölkə > Müsavat Partiyası açıq şahmat turniri keçirəcək

Müsavat Partiyası açıq şahmat turniri keçirəcək


2-05-2017, 23:33.

Müsavat Partiyası 28 May Respublika Gününə həsr olunmuş açıq şahmat turniri keçirəcək. Bu haqda "Basta”ya Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı məlumat verib.

"Artıq yarış iştirakçılarının siyahısı tərtib olunur. MSDM-in sədri İsa Qəmbər də turnirdə iştirak edəcək. Siyasimənsubiyyətindən asılı olmayaraq, istənilən şəxs bu turnirə qatıla bilər. Bunun üçün turnirin təşkilat komitəsinin sədri Yusif Tağıya müraciət etmək kifayətdir. Yarışa mayın 6-da start verilməsi planlaşdırılır. Oyunlar şənbə və bazar günləri saat 15:00-dan 19:dək keçiriləcək”, – Gülağa Aslanlı bildirib.

 


Вернуться назад