Главная > Ümumi > Ərdoğan yenidən AK Partiyanın sədri olur

Ərdoğan yenidən AK Partiyanın sədri olur


3-05-2017, 00:26.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 16 aprel referendumundan sonra qəbul edilən dəyişikliyə əsasən, yenidən partiya sədri olmasının yolu açılıb. Ərdoğan 2 il 9 aydan sonra yenidən qurucusu olduğu partiyanın başına dönür.

 

Ötən gün keçirilən AKP Mərkəzi İdarə Heyətinin toplantısında Ərdoğanın partiyaya üzvlük müraciəti qəbul olunub.

 

4af2b0aa-c46e-462d-82d3-e600a001f33f.jpg (107 KB)

Ərdoğanın partiyaya yenidən qəbul sənədi

 

Musavat.com Türkiyə mediasına istinadla xəbər verir ki, mayın 21-də keçiriləcək 3-cü növbədənkənar qurultayda Ərdoğan yenidən AKP-nin sədri olacaq. Qurultayın təşkilat komitəsinin rəhbəri, AKP sədrinin müavini Mehmet Yüksektepe ötən il mayın 22-də indiki baş nazir Yıldırımın AKP sədri seçildiyi növbədənkənar qurultayın da təşkilat komitəsinə rəhbərlik edib.

 

Yüksəktəpə musavat.com-un Ankaradakı müxbirinə deyib ki, daha öncəki qurultayı 15 gün içərisində təşkil ediblər, bu dəfə də hazırlıqları sürətlə davam etdirirlər:"Türkiyə üçün çox önəmli bir mərələni keçdik. Hər şey gözəldir, amma daha gözəl olması üçün çalışırıq".

 

 

Mehmet Yüksektepe



Вернуться назад