Главная > Dünya > Qazaxıstanda keçmiş nazir müavini 7 il müddətinə azadlıqdan məhrum edilib

Qazaxıstanda keçmiş nazir müavini 7 il müddətinə azadlıqdan məhrum edilib


2-05-2017, 20:00.

Qazaxıstanın elm və təhsil nazirinin keçmiş müavini Sayat Şayaxmetov əmlakı müsadirə olunmaqla 7 il müddətinə azadlıqdan edilib.

"Report” "Tengrinews”a istinadən xəbər verir ki, məhkəmənin qərarına əsasən, o, 5 il dövlət vəzifəsi tuta bilməz.
Məlumata görə, S.Şayaxmetov barəsində cinayət işi 2014-cü ilin yayında başlanılıb.

İttiham aktına əsasən, keçmiş nazir müavini külli miqdarda dövlət əmlakını mənimsəyib. İttiham aktına əsasən, keçmiş nazir müavini Ust-Kamenoqorsk şəhərində 700 yerlik təhsil müəssisəsinin tikintisi zamanı dövlətin bir milyard tenqedən çox (3 milyon 172 min dollar) maliyyə vəsaitini mənimsəyib.

 


Вернуться назад