Главная > Ümumi > Kim Çen ağıllı oğlandır… - Tramp

Kim Çen ağıllı oğlandır… - Tramp


2-05-2017, 00:01.

ABŞ Prezidenti Donald Tramp CBS telekanalına müsahibəsində Şimali Koreya lideri Kim Çen İn haqqında fikirlərini bölüşüb.Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, Kim Çeni müzakirə etmək istəmədiyini deyib:

"Bəziləri onun dəli olub-olmadığını soruşur. Mən bunu bilmirəm. Onu deyə bilərəm ki, o, atasının ölümündən sonra gənc yaşlarında hakimiyyətə gəlib. Bu vaxt o, generallar və digər şəxslərlə mübarizə aparmalı olub. Bugünkü hakimiyyəti qura bilibsə, demək, Kim Çen ağıllı oğlandır".

Tramp münasib şəraitdə Kim Çen İnlə görüşməyə hazır olduğunu bildirib: "Əgər bu, münasib şəraitdə olsaydı, mən tam hazır olardım, mən bunu şərəf sayardım. Siyasətlə məşğul olanların əksəriyyəti açıq şəkildə bunu bildirməzdi, lakin mən sizə deyirəm"- deyə o bildirib.

 


Вернуться назад