Главная > Siyasət > Toni Bleyr siyasətə qayıdır

Toni Bleyr siyasətə qayıdır


1-05-2017, 15:51.

Britaniyanın sabiq baş naziri Toni Bleyr bəyan edib ki, Böyük Britaniyanın Aİ-dən çıxması onu siyasətə qayıtmağa sövq edib.


"Brexit” mənim üçün siyasətdə daha fəal iştirak etmək üçün motivasiya oldu”, - 63 yaşlı Bleyr "Mirror”a verdiyi müsahibəsində deyib. O əlavə edib ki, Böyük Britaniyanın Aİ-dən çıxması çətin olacaq.

"Bu tarixi anı yaşadığımız zaman mən susmaq istəmirəm, çünki bu mənim ölkə üçün narahat olmadığımı göstərəcək, bu vəziyyətə düşmək istəmirəm. Mən narahatam”, - sabiq baş nazir deyib.

"Brexit” proseduru cari ilin mart ayında başlayıb. Danışıqların iyunda başlayacağı, ölkənin 2019-cu ilin martından gec olmayaraq Aİ-dən ayrılacağı gözlənilir.(oxu.az)


Вернуться назад