Главная > Dünya > İraq ordusu Mosulu may ayında azad edəcək

İraq ordusu Mosulu may ayında azad edəcək


1-05-2017, 00:18.

İraq ordusunun baş qərərgahının başçısı general-leytnant Usman əl- Qanmi söz verib ki, Mosulu İŞİD terrorçularından yaxın üç həftədə-may ayında azad edəcək.

Bu barədə məlumat İraqın "Əs-Sabah" qəzetində yer alıb.

General qeyd edib ki, İŞİD Mosulun 35 faiz ərazisini öz əlində saxlayır. Buna baxmayaraq, o, üç həftə ərzində Mosul əməliyyatını başa çatdıracaq.

Qeyd edək ki, Mosul əməliyyatı ABŞ-ın başçılıq etdiyi koalisiyanın köməyi ilə 2016-cı ilin oktyabrından davam edir.(musavat.com)

 


Вернуться назад