Главная > Ümumi > Türkiyədə əməliyyat: 14 nəfər tutuldu

Türkiyədə əməliyyat: 14 nəfər tutuldu


1-05-2017, 01:38.

Türkiyənin Iğdır rayonunda FETÖ təşkilatına qarşı istintaq çərçivəsində axtarışda olan 18 nəfərdən 14-ü tutulub.

 

Bu barədə Türkiyənin milliyet.com saytı xəbər yayıb. Məlumata əsasən, polislər FETÖ üzvü olduğu iddiası ilə axtarışda olanların saxlanılması üçün əvvəlcədən müəyyən edilmiş ünvanlara basqın edib. Evlərdə axtarış aparan polislər buradan tapılan qadağan olunmuş kitabları və təşkilata aid sənədləri müsadirə ediblər.

 

Saxlanılan 14 nəfərisə polis idarəsinə gətirilib. Digər 4 nəfərin axtarışları davam edir.(musavat.com)

 

 


Вернуться назад