Главная > Ümumi > Trampın ofisindəki qırmızı düymənin sirri: Nüvə silahı, yoxsa kola reklamı? - FOTOLAR

Trampın ofisindəki qırmızı düymənin sirri: Nüvə silahı, yoxsa kola reklamı? - FOTOLAR


30-04-2017, 18:35.

ABŞ Prezidenti Donald Trampın Oval kabinetində yerləşən masasındakı qırmızı düymə jurnalistlərin diqqətini çəkib.

Masadakı düymənin nüvə raketlərini işə salmaq üçün olduğunu iddia edənlər də var. Lakin Trampın bu qırmızı düyməni nə üçün istifadə etdiyini "Associated Press"in müxbiri açıqlayıb.

Uluyol.info publika.az-a istinadən xəbər verir ki, pPrezidentliyə namizədliyi irəli sürüldüyü gündən haqqında müxtəlif söz-söhbətlər gəzən Tramp bu dəfə düymə ilə gündəm olub. Amerika prezidentinin fast-fud qidalarına düşkün olduğunu hər kəs bilir.

Trampdan müsahibə götürən "Associated Press"in müxbiri Culian Race deyib ki, prezidentin masasında qırmızı bir düymə var. O düyməyə toxunanda, xidmətçi prezidentə kola gətirir.

Daha əvvəl də CNN müxbiri Bennett Trumpın Oval kabinetdə telefonla danışarkən çəkilmiş bir fotosunu paylaşıb. Bennet şəkildə diqqəti liderin masasındakı kola stəkanına yönəldib.

Trampın ofisindəki qırmızı düymənin sirri: Nüvə silahı, yoxsa kola reklamı?

Uluyol.info


Вернуться назад