Главная > Region / Kriminal > Direktor müavini özünü yandırıb - NEFTÇALADA

Direktor müavini özünü yandırıb - NEFTÇALADA


7-01-2016, 15:35.

 

Neftçala şəhər Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Neftçala şəhər 4 saylı orta məktəbdə qeydə alınıb.

 

Məktəbin təsərrüfat işləri üzrə direktor müavini, 1952-ci il təvəllüdlü Alik Mustafa oğlu Novruzov məktəbin qazanxanasında özünə od vurub. Məktəbin kollektivinin səyi nəticəsində alov söndürülüb və o dərhal xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.

 

Polisdən həmçinin bildirilib ki, A. Novruzovun külli miqdarda borcu var. O buna görə özünə qəsd edib.

 

Faktla bağlı Neftçala Şəhər Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.




Вернуться назад