Главная > Cəmiyyət > Abiturientlərdən şikayət: “DİM-in çap etdirdiyi sual kitabçalarını oxumaq mümkün deyildi”

Abiturientlərdən şikayət: “DİM-in çap etdirdiyi sual kitabçalarını oxumaq mümkün deyildi”


30-04-2017, 18:15.

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün 2017/2018-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib.

İmtahanda abiturientlərə paylanan sual kitabçalarının keyfiyyətsiz çap olunması ortaya ciddi problem çıxarıb. İmtahan başa çatdıqdan sonra DİM rəsmilərinin iştirakı ilə "Space” telekanalında keçirilən canlı müzakirəyə telefonla qatılan bir neçə abiturient, onlara verilən sual kitabçalarının keyfiyyətsiz çap ucbatından oxumaq mümkün olmadığını bildiriblər.

Suala canlı yayımda cavab verən DİM əməkdaşı, imtahan vaxtı belə şikayətlərin qeydə alındığını etiraf edib. DİM əməkdaşı bildirib ki, sual kitabçalarının keyfiyyətsiz çapıilə bağlı mübahisələr şikayətçi abiturientlərin xeyrinə həll olunacaq.

Amma DİM rəsmisi bu halda hansı prosedurdan istifadə olunacağını, şikayətçinin xeyrinə həll olunan mübahisələrin digər abiturientlərin marağına toxunub-toxunmayacağına aydınlıq gətirməyib.

Qeyd edək ki, bu il DİM ilk dəfə olaraq qəbul imtahanlarını ödənişli əsaslarla həyata keçirib. İmtahanın təşkilinə milyonlarla pul xərcləndiyi halda sual kitabçalarının keyfiyyətsiz dərc olunmasının səbəbi təəccüb doğurur.

 


Вернуться назад