Главная > Səhiyyə > Siqaretin törətdiyi qorxulu bəla: XOAX xəstəliyi... - FOTOLAR

Siqaretin törətdiyi qorxulu bəla: XOAX xəstəliyi... - FOTOLAR


30-04-2017, 17:00.

Xroniki obstruktiv ağciyər xəstəliyinin qısa adı XOAX adlandırılır. Bu xəstəlik əsasən siqaret çəkməklə və havadakı zərərli qazlarla ağciyərdə meydana gəlir. Əsasən də davamlı siqaret aludəçilərində daha çox rast gəlinə bilən bir xəstəlikdir.

XOAX adlı bu bəlalı xəstəlik haqqında bilməniz lazım olan məlumatları təqdim edirik.

XOAX-ın ən önəmli səbəbi

Qeyd etdiyimiz kimi, bu xəstəlik ən çox davamlı olaraq siqaret çəkən insanlarda rast gəlinir. Siqaretin içindəki zərərli maddələr ağciyərdəki hava kisələrinə dolur. İllərboyu siqaret çəkənlərdə artıq ağciyərin hava kisələrinin quruluşu pozulmağa başlayır.

 

Картинки по запросу xoax siqaret

XOAX-ın bir növü –Emfizema

KOAN iki fərqli şəkildə ortaya çıxa bilər. Bunlardan biri də Emfizemadır. Emfizemağciyərin normal işləmə qabiliyyətini sıradan çıxarır. Və ağciyər elastik bir quruluşa sahib olub, genişlənib-daralma xüsusiyyətini itirir. Davamlı olaraq şişmiş vəziyyətdə qalan hava kisələri alınan nəfəsin geri qaytarılmasında çətinlik çəkər. Və nəfəs darlığı, sinə ağrıları artmağa başlayır. Bu, əsasən 45 yaşdan yuxarı insanlarda aşkarlanır.

 

b_500_350_16777215_0___images_stories_TENEFFUSORQANLARI_XOAX2.jpeg

Xroniki bronxit şəklində ortaya çıxan XOAX

XOAX xəstəliyi xroniki bronxit şəklində də özün biruzə verə bilir. Emfizemadanfərqli olaraq, xroniki bronxit xəstələri hava kisələrinin fəaliyyətini itirmir, lakin ağciyərdəki bütün kiçik və böyük hava yolları zərərli maddələrlə dolur. Bu da ağciyər tıxanıqlığı və qatı öskürək yaratmağa başlayır.

 

C tipli XOAX

EmfizemaA tipi, Bronxit B tipi olaraq bilinir və bu iki tip XOAX-ın ən çox yayılan növləridir. Bəzi hallarda isə bu iki tipin bir yerdə meydana gəlməsi ilə üçüncü - yəni C tipi meydana gəlir. XOAX-ın C tipi öskürəklə birlikdə qanın gəlməsidir. Və bu, XOAX xəstəliyinin ən ağır növüdür.

 

XOAX-ın ağciyərdəki təsirləri

Ümumiyyətcə XOAX çox nadir hallarda və çox gec-gec ortaya çıxan bir xəstəlikdir. Lakin bu xəstəliyin ölümlə sonlanan nəticələri də olur. Çox təəssüf ki, bəzi insanlar bu xəstəliyə siqaret çəkmədən də yoluxa bilir. Buna təsir edən isə genetikadır. Ağciyərə dəyən ziyan çox gec özünü nizamlayır. Uzun bir müddət siqaret çəkib, daha sonra siqareti tərgidən insanlarda belə, bir neçə il sonra XOAX xəstəliyinin aşkarlanması mümkündür.

XOAX-ın müailicəsi

XOAX diaqnozu qoyulan xəstələrə elə həmin günü siqareti tərgitmək daha məsləhətlidir. Bu xəstəlikdə insan həyatı üçün hər bir saniyə belə, önəmli rol oynayır. Həkimlərin tətbiq etdiyi müalicə tam şəkildə alınmalıdır. Ağır XOAX xəstələrini isə yalnız oksigen müalicəsi ilə sağaltmaq mümkündür.

 

Bu xəstəliyə tutulmamaq üçün özünüzə edə biləcəyiniz ən böyük yaxşılıq siqaret çəkməmək, çəkirsinizsə, tərgitməkdir.

Sigara Tiryakilerine Alışkanlıklarını Sorgulatacak Bir Akciğer Hastalığı: KOAHКартинки по запросу xoax xəstəliyiКартинки по запросу sigara

Картинки по запросу sigara

Turan Oruc, musavat.com

 

 


Вернуться назад