Главная > Problem > Cənubi Azərbaycanda sel: 150 evi su basdı, körpülər uçdu - FOTOLAR

Cənubi Azərbaycanda sel: 150 evi su basdı, körpülər uçdu - FOTOLAR


30-04-2017, 14:11.

Zəncanda sel və daşqınlar zamanı insan tələfatı olmayıb.

Uluyol.info axar.az-a istinadən xəbər verir ki, bunu Zəncan Yol və Nəqliyyat İdarəsinin müavini Cavad Yusifi Zəncanda sel və daşqınların ziyanı barədə məlumat verərkən deyib. Onun sözlərinə görə, aprelin 28-dən başlayan sel və daşqınlar bir çox yollara və körpülərə ciddi zərər versə də, xoşbəxtlikdən insan tələfatı yoxdur.

Cümə günü yağıntılar nəticəsində yaranan sel və daşqın ən çox Xudabəndə və Mahnişan bölgələrində yollara və körpülərə xəsarət yetirib. Daşqınlar zamanı 150 evi su basıb, bir çox bağ və əkin sahələrinə, 10 əsas yol və bir çox kənd yollarına ciddi ziyan dəyib. Körpülərin bir çoxunun altı qapanıb və körpü ayaqları ciddi xəsarət alıb.

Yusifinin sözlərinə görə, hazırda Böhran Komitəsi bölgədə selin vurduğu xəsarətləri araşdırmaqla məşğuldur.


 


Вернуться назад