Главная > Türk Dünyası > Türkmənistan prezidenti cıdır yarışında qalib gəldi

Türkmənistan prezidenti cıdır yarışında qalib gəldi


29-04-2017, 20:12.

                Türkmənistan prezidenti cıdır yarışında qalib gəldi

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Türkmən atı şərəfinə təşkil olunan cıdır yarışının qalibi olub.

Uluyol.info Azərtac-a istinadən bildirir ki, 1,2 kilometr məsafəyə at yarışında prezidentdən başqa ölkənin 5 vilayətindən və Aşqabad şəhərindən daha 6 təcrübəli çapar iştirak edib.

Nəticədə Türkmənistan lideri məsafəni 1 dəqiqə 25 saniyəyə qət edərək qələbə qazanıb və yarışın mükafatına - "Toyota Land Cruiser Prado" avtomobilinə layiq görülüb. Sonradan dövlət başçısı atçıların ehtiyaclarını nəzərə alaraq avtomobilin açarını kənd təsərrüfatı məsələləri üzrə vitse-prezident Esenmurad Orazgeldıyevə təhvil verib.

İppodromun direktoru bildirib ki, prezidentin Miras adlı axaltəki atını dövlət başçısının nəvəsi Kərimqulu Berdiməhəmmədov bəsləyib və yarışa hazırlayıb.

 


Вернуться назад