Главная > İdman > Ronaldodan antirekord
Ronaldodan antirekord29-04-2017, 21:42. |
"Real"ın futbolçusu Kriştiano Ronaldo antirekorda imza atıb. Uluyol.info Qol.az-a istinadən xəbər verir ki, portuqaliyalı hücumçu La Liqanın 35-ci turunda "Valensiya"ya qarşı matçın (2:1) 57-ci dəqiqəsində penaltini düzgün yerinə yetirə bilməyib. Bununla da onun ölkə çempionatında qaçırdığı penaltilərin sayı 10-a çatıb. Bu nəticə ilə Ronaldo klub tarixində La Liqada ən çox penalti düzgün yerinə yetirə bilməyən futbolçu olub. Qeyd edək ki, bundan əvvəlki antirekord Hüqo Sançesə məxsus idi. O, 1985-1992-ci illərdə 9 penaltini düzgün yerinə yetirməyib.
Вернуться назад |