Главная > Mədəniyyət > Türkiyədə evlilik proqramları yasaqlandı

Türkiyədə evlilik proqramları yasaqlandı


29-04-2017, 21:02.

Türkiyə televiziyalarında efirə verilən evlilik proqramları yasaqlanıb. Bu barədə Radio-Televizyon Üst Qurumu qərar verib. Qərar rəsmi qəzetdə açıqlanıb.

Musavat.com Türkiyə mediasına istinadla xəbər verir ki, televiziyalarda nümayiş etdirilən evlilik prqramlarının gənc nəslin təlim-tərbiyəsinə mənfi təsiri barədə RTÜK-ə saysız-hesabsız şikayətlər daxil olub və bu uzun müddətdir ki, müzakirə olunurdu

Onu da qeyd edək ki, Türkiyə mediasında bu cür verilişlərin qurama-düzməcə olduğu, iştirakçıların sadəcə, rol oynadığı barədə çoxlu tənqidi materiallar gedirdi.

 


Вернуться назад