Главная > Aktual / GÜNDƏM > Azərbaycan hərbçiləri Yaxın Şərqə yola düşdü

Azərbaycan hərbçiləri Yaxın Şərqə yola düşdü


7-01-2016, 15:08.

Azərbaycan hərbçiləri Yaxın Şərqə yola düşdü

 

42 nəfərdən ibarət qrupu Əfqanıstana yola salınıb

 

Sülhməramlılarımızın bir qrupu Əfqanıstana yola salınıb.

Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi "Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 42 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.

Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 94 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstandakı missiyada iştirak edir.

Bundan əvvəl ötən ilin oktyabr ayında NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi "Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.

Вернуться назад