Главная > Kriminal > Azərbaycanlı “qanuni oğru” biznesmeni güllələdib cinayət aləminin bossuna hədiyyə edib

Azərbaycanlı “qanuni oğru” biznesmeni güllələdib cinayət aləminin bossuna hədiyyə edib


26-04-2017, 21:31.

Moskvada bir il əvvəl azərbaycanlı biznesmen Cambulat Şamiloğlunun güllələnməsi ilə bağlı yeni təfərrüatlar ortaya çıcıb.

Yayıminfo.com Rusiya mediasına istinadən bildirir ki, son məlumata görə, "qanuni oğru” Rəşad İsmayılov cinayət aləminin bossu hesab olunan Şakro Molodoy ləqəbi ilə tanınan Zaxariy Kalaşova tabe olmaqdan imtina edən həmyerlisi Cambulat Şamiloğlunun təşkilatçılığını boynuna götürə bilərdi.

Bu zənciri bərpa etmək Cambulat Şamiloğlunun güllələndiyi tapança ilə bir kişinin saxlanılmasından sonra mümkün olub. Saxlanılandan götürülən telefonda Rəşad İsmayılova edilən zənglər və yazışmalar aşkar olunub. O, hazırda polis və İstintaq Komitəsi tərəfindən axtarılır.İstintaqın versiyasına görə, Cambulat Şamiloğlunun oğru aləmi ilə hesablaşmaması və avtoritetlər qrupuna haqq ödəməkdən imtina etməsi Şakro Molodoyun xoşuna gəlməyib.

Maraqlıdır ki, iş adamı təkcə Şakroya yox, həm də Rövşən Lənkəranski ləqəbi ilə tanınan avtoritet həmyerlisi Rövşən Canıyevin də dəstəsinə tabe olmayıb.

Qətlə yetirilən göyərti, meyvə və tərəvəzin pərakəndə satışı ilə məşğul olur və yaxşı da pul qazanırdı. O, Moskva bazarlarına məhsul gətirir, ancaq kriminal aləmlə gəlirini bölüşməkdən imtina edirdi.

Cambulat 2016-cı ilin mart ayında Slavyanki bulvardakı evinin yanında killer gözləyib. Biznesmen yeraltı dayanacaqdan çıxanda qatil onu güllələyib.

Məlumata görə, hadisədən sonra saxlanılan kişidən tapanca götürülüb. Məhz həmin silahla Cambulat öldürülüb.

 

Azərbaycanlı Azərbaycanlı
Uluyol.info

Вернуться назад