Главная > Təhsil > Göyçay Peşə litseyində anarxiya – Şok faktlar

Göyçay Peşə litseyində anarxiya – Şok faktlar


25-04-2017, 14:45.

Zaman-zaman müəllim haqqında müdrik sözlər, gözəl kəlamlar deyənlər çox olmuşdur. Platon deyirdi: "Müəllimlik hər şeydən əvvəl bir tanrı sənətidir”. Makedoniyalı İsgəndər öz müəllimi Aristotel haqqında demişdir: "Valideynlərim məni göydən yerə endirdi, müəllimim isə yerdən göyə qaldırdı”.Məhəmməd Peyğəmbər bilik öyrətməyi hər cür ibadətdən üstün sayır, Həzrəti Əli isə mənə bir hərf öyrədənin qulu olmağa hazıram, deyirdi. Nizami Gəncəvi müəllimi günəşə bənzədirdi. L.N.Tolstoya görə öz işini sevən müəllim yaxşı müəllimdir, bununla yanaşı uşaqları və fənnini sevən müəllim əla müəllimdir. Daha kimlər, kimlər…

Lakin, son vaxtlar redaksiyamıza daxil olan şikayət məktublarında bəzi rayon təhsil ocaqlarında, eləcə də bu sahəyə baxan nazirliyin tabeliyində olan bir çox müəssisələrin fəaliyyətlərinə dair ciddi iradlar öz əksini tapmaqdadır.

Göyçay Peşə məktəbindən Hefteaz.info saytına daxil olan şikayətlər isə belə məlum olur ki, yuxarıda tanınmış simaların müəllim peşəsi haqqnda dedikləri heç də Göyçay Peşə məktəbində öz əksini tapmır. Belə ki, saytımıza şikayət edən bir qrup şagirdin sözlərindən məlum olur ki, 400 nəfərə qədər peşə məktəbində təhsil alan şagirdin böyük əksəriyyəti məktəbin müdiri Qabil Zeynalov tərəfindən ayrıseçkiliyə məruz qalıblar. Şagirdlərin kiçik hissəsi davamlı şəkildə hər gün məktəbə gəldiyi halda, böyük hissəsi bunun əksinə edərək məktəbə ayda bir dəfə gəlir və onlara güldən ağır söz deyəndə tapılmır. Bu məqsədlə Hefteaz.info saytı Göyçay Peşə litseyində araşdırma aparmış və məlum olmuşdur ki, məktəbin müdiri Qabil Zeynalov şagirdlər arasında ayrıseçkilik etməklə müəllim-tələbə arasında intiriqa salır.Bunun səbəbi isə, dövlət tərəfindən tələbələrə ayrılan aylıq təqaudlərin mənimsənilməsidir.Belə ki, adının çəkilməsini istəməyən müəllimin sözlərinə görə, 400 nəfərə yaxın şagird ilə təmsil olunan litseyə hər gün 90 nəfər şagird davamiyyətli şəkildə gələrək təhsil aldığı halda qalan 310 nəfər məktəbə gəlmir.Bunun səbəbini dövlət tərəfrindən tələbələrə ayrılan aylıq təqaüdlərin mənimsənilməsidir deyən mənbə onu da əlavə etdi ki, 100 nəfər şagirdin təqaüd kartı məktəb müdirinin şəxsi cibindədir. Maraqlısı budur ki, davamlı şəkildə məktəbə gəlməyən digər şagirdlər aylıq Qabil Zeynalova şirinlik adı altında rüşvət verirlər. Hətta bir müddət əvvəl bu barədə məktəb kollektivi tərəfindən əlaqədar təşkilatlara müraciət olunmuş vəMəktəbin fəaliyyəti barədə MaliyyəNazirliyi tərəfindən yoxlama aparılmışdır. Bu və diğər faktlar barədə gələn sayımızda...(Hefteaz.info)

 


Вернуться назад