Главная > İdman > Enrikedən atmaca: "Real" buna öyrəşib"

Enrikedən atmaca: "Real" buna öyrəşib"


24-04-2017, 13:47.

"Komandanın oyunundan, sona qədər mübarizə aparmasından razıyam. Qarşılaşma istənilən hesabla bitə bilərdi. Bizim üçün əla nəticədi".Bu sözləri "Real"ı 3:2 hesabı ilə yenən "Barselona"nın baş məşqçisi Luis Enrike deyib.

 

Çalışdırıcı əzəli rəqiblərinin "bostanına daş atmağı" da unutmayıb: "Real" belə məğlubiyyətlərə öyrəşsə də,son dəqiqə qolu ilə qazanmaq bizim xoşumuza gəlir".

 

Luis Enrike oyunda iki qol vuran Lionel Messidən də danışıb: "Messi evində axşam yeməyini yeyənə qədər matçın taleyini həll edən biridi. Bütün zamanların ən yaxşı futbolçusudu. Mən çox oyun izləmişəm. O, meydanda fərq yaradan futbolçudu. "Barselona" forması ilə 500-cü qolunu vurdu və onu sadəcə "Barselona"lı olaraq tanımaq böyük zövqdü. "Barselona" inanılmaz bir klubdu, amma tarixinin bir hissəsini Messiyə borcludu".(fanat.az)

Uluyol.info

 


Вернуться назад