Главная > İdman > "El-Klassiko"nu "Barselona" qazandı

"El-Klassiko"nu "Barselona" qazandı


24-04-2017, 00:44.

Bu gün bütün dünyanın diqqətiMadridə yönəlib.

Qol.az-ın məlumatına görə, İspaniya La Liqasının 32-ci turunda "Real” "Santyaqo Bernabeu”da əzəli rəqibi "Barselona”nı qəbul edib.

Oyuna marağı artıran məqamlardan biri də komandaların qonşu pillələrdə qərarlaşması idi. Gərgin və maraqlı keçən qarşılaşma kataloniyalıların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbə ilə "Barsa" həm də liderliyi "Real"dan alıb. Xalını 75-ə yüksəldən Luis Enrikenin komandası zirvəni ələ keçirib.Eyni xala malik "Real" isə ikinci pillədə qərarlaşıb. Madrid klubunun ehtiyatda bir oyunu var.


23 aprel

İspaniya La Liqası, 32-ci tur

22:45 "Real” – "Barselona” - 2:3
Qollar: Kasemiro, 28 (1:0), Messi, 33 (1:1), Rakitiç, 73 (1:2),Xames, 85 (2:2), Messi, 90+2 (2:3)
Qırmızı vərəqə: Serxio Ramos, 77 ("Real")

real barcelona ile ilgili görsel sonucu

 

real barcelona ile ilgili görsel sonucu
Вернуться назад