Главная > Siyasət > CHP lideri: "Mən buna məcburam"

CHP lideri: "Mən buna məcburam"


23-04-2017, 21:00.

Mustafa Kamal Atatürk 23 apreli Türkiyə milli tarixinin başlanğıcı və dönüş nöqtəsi adlandırıb. Milli mübarizəni idarə etdiyi üçün "Qazi Məclis" adını alan TBMM hökumətə nəzarət missiyasını davam etdirdi.

Axar.az xəbər verir ki, bunu Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu TBMM-də keçirilən xüsusi iclasdakı çıxışında deyib.

Kılıçdaroğlu referendum zamanı baş verən neqativ hallarla bağlı Ali Seçki Komissiyasını (YSK) tənqid edib:

"YSK tərəfindən legitimliyini mübahisəli vəziyyətə gətirilən möhürsüz bülletenlər ilə bizlər bu tribunaya çıxıb nazirə sual verməyəcəyik. Sual versək belə, bizə cavab verə bilməyəcək. Narahat olduğunuzu, vicdan əzabı çəkdiyinizi bilirəm, amma mənə qulaq asmaq məcburiyyətindəsiniz. Kimsə Məclisi ləğv edə bilməz. Mən bu Məclisin etibarını qorumağa məcburam”.

 


Вернуться назад