Главная > İdman > Həftəsonu nəfəs kəsəcək 8 qarşılaşma

Həftəsonu nəfəs kəsəcək 8 qarşılaşma


22-04-2017, 21:52.

Bu həftənin şənbə və bazar günləri Avropada azarkeşlərin böyük maraqla izləycəyi 8 qarşılaşma baş tutacaq. Uluyol.info fanat.az-a istinadən həmin matçları təqdim edir.

 

1. Sabah İngilətərə Federasiya Kubokunun yarımfinal matçında "Çelsi" və "Tottenhem" üz-üzə gələcək. "Stemford Bric"dəki London derbisinə Bakı vaxtı ilə saat 20.15-də start veriləcək.

 

2. Şənbə gününün digər maraqlı qarşılaşması Portuqaliyada"Sportinq" və "Benfika" arasında baş tutacaq. Matç Bakı vaxtı ilə 23.30-da start götürəcək.

 

3. La Liqada "El-Klasiko" baş tutacaq. Lider "Real" ən yaxın izləyicisi "Barselona"nı bazar günü "Santyaqo Bernabeu"da qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 22.45-də başlayacaq.

 

4. Türkiy Super Liqasında bazar günü İstanbul derbisi baş tutacaq. "Qalatasaray"la "Fənərbaxça" arasında "Türk Telekom Arena"da keçriləcək matçı Bakı vaxtı ilə saat 20.00-da start götürəcək.

 

5. İngiltərə Federasiya Kubokunun yarımfinal mərhələsində"Arsenal" və "Mançester Siti" üz-üzə gələcək. Bazar günü "Uembli" stadionunun ev sahibliyi edəcəyi matç Bakı vatxı ilə saat 18.00-da başlayacaq.

 

6. Bazar günü başqa bir önəmli qarşılaşma Hollandiyada oynanılacaq. Bakı vaxtı ilə saat 18.45-də startı veriləcək görüşdə PSV "Ayaks"ı qəbul edəcək.

 

7. Həmin gün Belçikada "Anderlext" "Brügge"ni sınağa çəkəcək. Görüş Bakı vaxtı ilə saat 20.00-da start götürəcək.

 

8. Nəhayət növbəti önəmli qarşılaşma Avstriyada keçriləcək. Vyana derbisi adlanan qarşılaşma "Rapid"lə "Austriya"arasında oynanılacaq. Qarşılaşmada start fiti Bakı vaxtı ilə saat 18.30-da çalınacaq.

Uluyol.info


Вернуться назад