Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət
katibi Reks Tillerson arasında telefon danışığı olub.
APA-nın xəbərinə görə, bu barədə Rusiya XİN-in yaydığı açıqlamada bildirilir.
Danışıqlar ABŞ tərəfinin təşəbbüsü ilə keçirilib.
"Söhbət zamanı Sergey Lavrov ABŞ-ın Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatında
(KSQT) Rusiyanın Suriyanın Xan-Şeyhun şəhərində kimyəvi silahdan istifadə edilməsi
ilə əlaqədar ekspertlər tərəfindən araşdırmanın aparılması təklifinə qarşı
çıxmasından təəssüfünü ifadə edib”, məlumatda deyilir.
Məlumatda həmçinin qeyd edilir ki, Rusiya və ABŞ ikitərəfli münasibətlərdə
ziddiyyətlərin aradan qaldırılması məqsədi ilə xarici işlər nazirlərinin
müavinləri səviyyəsində işçi qrupun yaradılmasına dair razılığa gəliblər.
Вернуться назад
|