Главная > İdman > “Traxtur” Tehranın “İstiqlal” komandasını şumladı

“Traxtur” Tehranın “İstiqlal” komandasını şumladı


20-04-2017, 21:31.

İran üzrə futbol klublarının super liqa yarışlarının 28-ci həftəsində Təbrizin "Traxtur"komandası ilə Tehranın "İstiqlal”klubu qarşılaşıb.

Təbrizin Səhənd stadionunda baş tutan görüş1:0 hesabı ilə Azərbaycan komandasının xeyirinə yekunlaşıb.

Yerli komandaya qələbə qazandıran qol oyunun 87-ci dəqiqəsində Məhəmməd İbrahimi tərəfindən vurulub.
Bununla da "Traxtur” ən prinsipial və həlledici görüşdə paytaxt komandasını 1:0 hesabı ilə məğlubiyyətə uğradıb və 53 xalla turnir cədcəlinin 2-ci pilləsinə yüksəlib.
"Traxtur”-"İstiqlal” görüşündə təxminən 50 min nəfər tamaşaçı qismində iştirak edib.
"Traxtur” tərəfdarları bundan öncə elan etdikləri kimi, aprelin 14-də Güney Azərbaycan şəhərlərində baş verən sel fəlakəti və 1979-cu il aprelin 20-də Sulduzda Azərbaycan övladlarının terrorçular tərəfindən öldürüldüyü günün ildönümü münasibəti ilə stadiona qara geyimlərlə gəlib və qara bayraqlar qaldırıblar.

 


Вернуться назад