Главная > Media > Həbsdə olan jurnalistin səhhəti pisləşib

Həbsdə olan jurnalistin səhhəti pisləşib


19-04-2017, 09:07.

Asiya.az saytının baş redaktoru Cəfər Cəfərov səhhəti ilə əlaqədar 6 saylı Cəza Çəkmə Müəssisəsindən Penitensiar Xidmətin müalicə müəssisəsinə etap edilib.

 

Bu barədə jurnalistin həyat yoldaşı məlumat verib.

 

"Cəfər "hepatit B” virusunun daşıyıcısıdır. Qara ciyər xəstəliyindən əziyyət çəkir. Son zamanlar börəklərində kəskin ağrılar yaranıb. 2 il idi ki, Bakı İstintaq Təcridxanasında kamera şəraitində saxlanılırdı. 1 aydır ki, 6 saylı Cəza Çəkmə müəssisəsinə köçürülüb. Aprel ayının 18-də müayinə və müalicə məqsədi ilə 6 saylı Cəza Çəkmə müəssisəsindən Penitensiar Xidmətin müalicə müəssisəsinə etap edilib”, - o bildirib.

 

Qeyd edək ki, C. Cəfərov 4 mart 2015-ci ildə BMCMİ tərəfindən saxlanılıb. Haqqında CM-nin 182( hədə-qoxu ilə tələb etmə), 221 (xuliqanlıq) maddələri ilə iş açılıb.

 

23 noyabr 2016-cı il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası alıb.

 

Qərardan narazı qalan müttəhim apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi işə yenidən baxıb.

 

3 mart 2017-ci il tarixində C. Cəfərova 5 il, 6 ay azadlıqdan məhrum etmə cəzası verib.

 


Вернуться назад