Главная > Dünya > III Dünya müharibəsinin başlanacağı tarix açıqlandı - Böyük iddia

III Dünya müharibəsinin başlanacağı tarix açıqlandı - Böyük iddia


19-04-2017, 19:38.

Portuqaliyalı sufi Qoraçio Vileqas III Dünya müharibəsinin başlanacağı dəqiq tarixi açıqlayıb.

Uluyol.info axar.az-a istinadən xəbər verir ki, Qoraçio növbəti dünya müharibəsinin nüvə münaqişəsi səbəbindən və ABŞ, Rusiya, Şimali Koreya və Çinin iştirakı ilə müharibənin başlaya biləcəyini bildirib.

O iddia edib ki, III Dünya müharibəsi bu ilin 13 may tarixində başlayacaq və məqsəd 6 ay ərzində dünyanı dağıtmaq olacaq.

Qoraçio bildirib ki, Müqəddəs Mariya sonuncu dəfə 1917-ci ilin oktyabr ayının 13-də Portuqaliyanın bir kəndində olub və xəbərdarlıq etmişdi ki, müharibə sona doğru gedir və əsgərlər tezliklə evlərinə qayıdacaqlar.

Bütün proqnozlarının doğru olduğunu deyən Qoraçio 2015-ci ildə ABŞ-ın yeni prezidentinin Donald Tramp olacağını qeyd etmişdi: "Tramp dünyaya müharibə və sülh gətirəcək. Suriyaya hücum edəcək, Rusiya, Şimali Koreya və Çinlə münasibətlərini korlayacaq".

 


Вернуться назад