Главная > İdman > Arda Turan "Yuventus"a qarşı oynamayacaq

Arda Turan "Yuventus"a qarşı oynamayacaq


19-04-2017, 18:50.

Bu gün İspaniyanın "Barselona" klubunun4 futbolçusu İtaliyanın "Yuventus" klubuilə Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab görüşündə meydana çıxmayacaq.

"Report"un məlumatına görə, Aleyş Vidal və Rafinya zədəli olduqları üçün oynamamayacaqlar.

Türkiyəli yarımmüdafiəçi Arda Turanla fransalı müdafiəçi Jeremi Matyönün adı da iştirak ərizəsinə salınmayıb. Onların hansı səbəbdən kənarda qaldıqları bilinmir.

Əvəzində daha bir orta sahə oyunçusu Xavyer Maskerano kiçik zədəsini bərpa edib. İspaniya La Liqasında ötən turun "Real Sosyedad"la görüşünü buraxan argentinalı yarımmüdafiəçi bu gün forma geyinəcək.

Qeyd edək ki, "Barselona" - "Yuventus" matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. İlk görüşdə İtaliya klubu böyük hesabla qalib gəlib - 3:0.

 


Вернуться назад