Главная > Baş Xəbər > Koreyalı diplomatdan Jirinovskiyə: Nüvə savaşına hazırıq

Koreyalı diplomatdan Jirinovskiyə: Nüvə savaşına hazırıq


19-04-2017, 00:11.

ABŞ-ın başladacağı nüvə savaşına Pxenyan hazırdır.

Bu sözləri Şimali Koreyanın Rusiyadakı səfirliyinin nümayəndəsi Zin Jeong Hep Liberal-Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski ilə görüşündə deyib.

"Ordumuz və xalqımız düşmən qüvvələrin başladacağı istənilən provakasiyaya cavab verəcək hazırlığa, gücə və iradəyə malikdir. Onlar nüvə müharibəsi istəyərsə, biz də nüvə silahı ilə cavab verərik. Hərtərəfli müharibəyə hazırıq”, - səfir bildirib.

Qeyd edək ki, son dövrlər ABŞ-la Şimali Koreya arasında gərginlik artmağa başlayıb.(axar.az)

 

Uluyol.info

 


Вернуться назад