Главная > GÜNDƏM > Türkiyə Milli Təhlükəsizlik Şurası hökumətə fövqəladə vəziyyət rejimini uzatmağı tövsiyə edib

Türkiyə Milli Təhlükəsizlik Şurası hökumətə fövqəladə vəziyyət rejimini uzatmağı tövsiyə edib


18-04-2017, 01:32.

Türkiyə Milli Təhlükəsizlik Şurası ölkədə fövqəladə vəziyyət rejimini daha 3 ay müddətinə uzatmağı tövsiyə edib.

APA-nın məlumatına görə, bu barədə Şuranın iclasının yekunları ilə bağlı yayılan açıqlamada bildirilir.

Hazırda qüvvədə olan fövqəladə vəziyyət rejimi aprelin 19-da başa çatır. Ölkədə fövqəladə vəziyyət rejimi ötən ilin iyulunda çevrilişə cəhddən sonra tətbiq edilib.

Bundan əvvəl Türkiyənin baş naziri Binali Yıldırım böyük ehtimalla fövqəladə rejimin iyuladək qüvvədə qalacağını bildirib.


Вернуться назад