Главная > Problem > Şəmkir sakini dərmandan zəhərlənib

Şəmkir sakini dərmandan zəhərlənib


17-04-2017, 21:29.

Şəmkir rayon sakini dərmandan zəhərlənib.

APA-nın qərb bürosunun məlumatına görə, rayonun Kür qəsəbə sakini, 1991-ci il təvəllüdlü Mətanət Adıgözəlova zəhərlənmə əlaməti ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Yaxınlarının dediyinə görə, M. Adıgözəlova ağrıkəsici dərman qəbul etdikdən sonra zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

 


Вернуться назад