Главная > İdman > İngiltərə çempionatı: "Mançester Yunayted" "Çelsi"ni məğlub edib
İngiltərə çempionatı: "Mançester Yunayted" "Çelsi"ni məğlub edib16-04-2017, 23:35. |
"Mançester Yunayted" futbol üzrə İngiltərə çempionatının 33-cü turu çərçivəsində "Çelsi"ni 2:0 hesabı ilə məğlub edib. "Report" xəbər verir ki, meydan sahiblərinin heyətində Markus Raşford (7-ci dəqiqə) və Ander Errera (49) fərqlənib. "Qırmızı şeytanlar" bu qələbə sayəsində turnirdə məğlubiyyətsiz oyunlar seriyasını 2-yə çatdırıblar. "Mançester Yunayted" turnir cədvəlində 60 xal ilə 5-ci pillədə qərarşlaşıb. "Çelsi" 75 xal ilə liderdir. "Mançester Yunayted" növbəti oyununu aprelin 23-də səfərdə "Bernli"yə qarşı keçirəcək. "Çelsi" iki gün sonra "Sauthempton"u qəbul edəcək.
Вернуться назад |