Главная > Dünya > Benites istefaya göndərildi, “Real”a Zidan başçılıq edəcək

Benites istefaya göndərildi, “Real”a Zidan başçılıq edəcək


4-01-2016, 23:25.

İspaniyanın "Real Madrid" klubunun baş məşqçisi Rafael Benites istefaya göndərilib.

"Report"un "Marca"ya istinadən məlumatına görə, bu barədə qərar klub prezidenti Florentino Peresin rəhbər heyət üzvləri ilə keçirdiyi görüşdə qəbul olunub.

55 yaşlı mütəxəssislə anlaşma pozulub. Əvəzində bu post Zinəddin Zidana tapşırılıb. Zidan Benitesi əvəzləməyə razılıq verib. Benitesin istefaya göndərildiyinə dair xəbər tezliklə rəsmən açıqlanacaq.

Qeyd edək ki, İspaniya çempionatında 18 turdan sonra "Real Madrid" 37 xalla 3-cü pillədə qərarlaşıb.


Вернуться назад