Главная > İdman > "Lion" "Beşiktaş"la azarkeşsiz oynayacaq

"Lion" "Beşiktaş"la azarkeşsiz oynayacaq


16-04-2017, 12:09.

UEFA Avropa Liqasının 1/4 final mərhələsində keçirilən "Lion” - "Beşiktaş” oyununda (2:1) baş verənlərə bağlı qərar verib.

Qol.az-ın Türkiyə mərbuatına istinadən yaydığı xəbərə görə, fransız azarkeşlərin İstanbulda keçiriləcək cavab oyununda stadiona daxil olmasına qadağa qoyulub.

Qeyd edək ki, Fransa keçirilən ilk qarşılaşmada "Lion” azarkeşləri meydana yad cisimlər atıb, daha sonra isə meydana daxil olublar. Bu səbəbdən oyun 45 dəqiqə gec başlayıb.

 


Вернуться назад