Главная > Ümumi > Şimali Koreyada təcili iclas çağrılıb

Şimali Koreyada təcili iclas çağrılıb


16-04-2017, 11:07.

Şimali Koreya uğursuzluqla nəticələnən ballistik raket buraxılışının sınağına cəhd edib.

Axar.az xəbər verir ki, bu barədə bu gün Cənubi Koreya silahlı qüvvələri qərargah rəislərinin birləşmiş komitəsi Şimali Koreyada uğursuz raket sınağı barədə məlumat yayıb. Məlumata əsasən, Pxenyan Xamqyon-Namdı əyalətinin Sinpxo qəzasında növü hələlik dəqiqləşdirilməmiş raket buraxılşına cəhd edib. Raketin növü barədə məlumat olmasa da, mütəxəssislər onun KN-15 orta məsafəli ballistik raket olduğunu güman edirlər.

Raket buraxılışından sonra Yaponiya hökuməti Baş nazirin dəftərxanası yanında böhran qərargahı yaradıb. Cənubi Koreya isə Təhlükəsizlik Şurasının daimi komitəsinin təcili iclasını çağırıb.

 


Вернуться назад