Главная > İdman > Baş katib "İnter"i aldadır, pullar verilməyib

Baş katib "İnter"i aldadır, pullar verilməyib


15-04-2017, 17:15.

Yeni il ərəfəsində "Beynəlxalq Bank”ın sponsorluqdan imtinası "İnter”in AFFA-nın kurasiyasına keçməsiylə sonuclandı.

 

Fanat.az-a etibarlı mənbədən verilən məlumata görə, son dəfə fevralda maaş üzü görən "ağ-göylər”in səbri tükənib.

 

Belə ki, komanda üzvləri fevral və mart ayının əməkhaqqılarını almayıb. Texniki heyətə klubun borclu olduğu məvaciblərin nə vaxt veriləcəyiylə bağlı dəqiq nəsə deyən yoxdu. AFFA-nın baş katibi Elxan Məmmədovun kluba göndərdiyi Rəmiş Malıyev də futbolçulara deməyə söz tapmır, Məmmədovdan cavab gözlədiyini bildirməklə kifayətlənir.

 

Futbolçuları narahatlığını anlamaq çətin deyil. Premyer Liqanın gümüş medallarını özü üçün təmin edən "İnter”in mövsümün sonunda dağılıb-dağılmayacağı bilinmir. Klub fəaliyyətini dayandıracağı və ya əməkhaqqılar birinci divizion səviyyəsinə endiriləcəyi halda, Rauf Əliyev, Səlahət Ağayev, Nizami Hacıyev və başqa səviyyəli yerlilər iş yerini dəyişmək məcburiyyətində qalacaq. Assosiasiyada əyləşənlər həmin vaxt bir neçə ayın maaşını ödəmədən gedənlərə "azad agent” statusu verməyi qarşısına məqsəd qoyub.

 


Вернуться назад